Interposta.Info

Dövlət Agentliyinin Xankəndidə Qarabağ Filialı faəliyyətə başlayır

İqtisadiyyat
 21-11-2025, 09:54     70 945

Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin (AERA) Qarabağ Filialı faəliyyətə başlayır.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

Məlumata görə, Agentliyin Qarabağ Filialı Xankəndi şəhərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin hazırda Bakı, Sumqayıt, Gəncə, Şirvan, Mingəçevir, Xaçmaz, Lənkəran, Kürdəmir, İmişli, Tovuz və Şəki filialları göstərir. İşğaldan azad edilmiş rayonlar indiyədək bölgüyə uyğun olaraq Gəncə, Mingəçevir və İmişli Filiallarının fəaliyyət ərazisində olub.

Kəlbəcər Gəncə Filialının, Ağdam və Ağdərə Mingəçevir Filialının, Füzuli, Şuşa, Xankəndi, Cəbrayıl, Xocavənd, Xocalı, Zəngilan, Qubadlı və Laçın isə İmişli Filialının fəaliyyət ərazisinə daxil edilib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26