Interposta.Info

2026-cı ilin dövlət büdcəsi ilk oxunuşdan keçdi

İqtisadiyyat
 20-11-2025, 13:01     69 832

"Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə birinci oxunuşda qəbul edilib.

"İnterPosta" xəbər verir ki, qanun layihəsi parlamentin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Məlumat üçün bildirək ki, 2026-cı il üçün dövlət büdcəsinin gəlirləri 38609,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 253,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 1447,2 milyon manat və yaxud 3,9 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 41703,6 milyon manat proqnozlaşdırılır ki, bu da 2025-ci ilin proqnozu ilə müqayisədə 296,0 milyon manat və yaxud 0,7 faiz, 2024-cü ilin icrası ilə müqayisədə isə 3990,0 milyon manat və yaxud 10,6 faiz çoxdur.

Dövlət büdcəsi kəsirinin yuxarı həddi 3094,6 milyon manat və ya ÜDM-in 2,3 faiz səviyyəsində proqnozlaşdırılır.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26