Sabah Sədərək rayonunun bəzi ərazilərində işıq olmayacaq
Sabah Naxçıvan Muxtar Respublikası (MR) Sədərək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq
"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən "Report"un yerli bürosuna verilən məlumata görə, 35/10 kilovoltluq "Sədərək" yarımstansiyasından qidalanan 10 kilovoltluq "Qaraağac " hava elektrik verilişi xəttində payız-qış mövsümü ilə əlaqədar təmir işləri aparılacaq.
Bu səbəbdən noyabrın 12-də saat 09:30-dan 12:30-dək Qaraağac kəndinin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

