Mərkəzi Bankın valyuta ehtiyatları 302 milyon dollar azaldı
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 2023-cü ilin sonundan 2025-ci ilin sentyabr ayınadək 11 milyard 613 milyon dollardan 11 milyard
İnterPosta" rəsmi statistikaya istinadən xəbər verir ki, 2024-cü ilin əvvəlindən ehtiyatlar ardıcıl artaraq sentyabrda 11 795.8 milyon dollara çatıb. Lakin oktyabr-noyabr aylarında kəskin azalma qeydə alınıb - göstərici ardıcıl olaraq 424.1 milyon və 403.9 milyon dollar azalıb.
Cari ilin əvvəlindən başlayaraq ehtiyatlarda artım tendensiyası müşahidə olunur. Belə ki, ilin əvvəlindən sentyabr ayına kimi AMB-nin ehtiyatları 10 milyard 988.5 milyon dollardan 11 milyard 310.5 milyon dollara yüksəlib.
Beləliklə, 2025-ci ilin 9 ayında valyuta ehtiyatları ümumilikdə 322 milyon ABŞ dolları artıb. Ən yüksək artım sentyabr ayında (61.1 milyon dollar) qeydə alınıb.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

