Interposta.Info

Azərbaycan neftinin qiyməti 66 dolları ötüb

İqtisadiyyat
 4-11-2025, 10:00     21 493

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,56 ABŞ dolları və ya 0,85% artaraq 66,43 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 65,87 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dollarından hesablanıb./apa

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26