Interposta.Info

Bakıda kirayə qiymətləri: Ən ucuz və ən bahalı mənzillər
 

İqtisadiyyat
 21-10-2025, 09:56     20 615

Paytaxtın müxtəlif rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərqlər mövcuddur.

Yeniavaz.com ölkənin aparıcı daşınmaz əmlak saytlarında yerləşdirilən elanlara əsasən xəbər verir ki, hazırda kirayəyə verilən ən ucuz 1 otaqlı mənzillərdən biri Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 9 mərtəbəli binanın 5-ci mərtəbəsindədir.

Cəmi 40 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 250 manat təşkil edir. Köhnə tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəli şəxslərə kirayəyə verilir.

Bakıda kirayə verilən ən bahalı 1 otaqlı mənzil isə Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 7 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 50 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 7 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.
2 otaqlı mənzillər arasında da kirayə qiymətlərində fərqlər müşahidə olunur.

Ən ucuz 2 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 6 mərtəbəli binanın 4-cü mərtəbəsindədir. 60 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 350 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, yalnız ailəyə verilir.

Ən bahalı 2 otaqlı mənzil isə yenə də Nərimanov rayonu, İzzəddin Həsənoğlu küçəsində yerləşən 5 mərtəbəli binanın 3-cü mərtəbəsindədir. Cəmi 75 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.

Oxşar vəziyyət 3 otaqlı mənzillərdə də nəzərə çarpır.

Ən ucuz 3 otaqlı mənzil Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsindədir. 73 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 300 manatdır. Yeni tikilidə yerləşən mənzil təmirli və əşyalıdır, ailələrə və xanımlara kirayə verilir.

Ən bahalı 3 otaqlı mənzil isə Sabunçu rayonu, Nardaran qəsəbəsində yerləşən "Sea Breeze” yaşayış kompleksində, 8 mərtəbəli binanın 6-cı mərtəbəsindədir. 140 kvadratmetr sahəsi olan bu mənzilin kirayə qiyməti 6 min manatdır. Yeni tikilidə yerləşən mənzil tam təmirli və əşyalıdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26