BFV Azərbaycanda inflyasiya proqnozunu açıqladı
Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanda inflyasiya proqnozunu açıqlayıb.
"İnterPosta xəbər verir ki, bu barədə BVF-nin oktyabr icmalında məlumat verilib.
Fond 2025-ci ildə Azərbaycanda orta illik inflyasiyanı 5.7%, 2026-cı ildə 4.5%, 2030-cu ildə isə 4% səviyyəsində proqnozlaşdırır.
Bu ilin aprelin dərc olunmuş proqnozla müqayisədə cari və gələn il üçün gözləntilər dəyişməyib.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

