Interposta.Info

Baş mühasibsiz işləyən icra hakimiyyətləri (SİYAHI)

İqtisadiyyat
 5-08-2025, 13:25     33 966

Azərbaycanda bir neçə icra hakimiyyətində sektor müdiri - baş mühasib vəzifəsi vakansiyaya çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, beş icra hakimiyyəti bir müddətdir baş mühasibsiz fəaliyyət göstərir.

Bunlar Neftçala, Hacıqabul, Goranboy, Ordubad və Bakının Nəsimi rayon icra hakimiyyətləridir. Sözügedən vəzifələr bir müddətdir ki, vakansiyaya çıxarılıb.

Bundan əvvəl isə paytaxtın Xəzər və Pirallahı rayon icra hakimiyyətlərində sektor müdiri - baş mühasib vəzifəsi boş olub. Bir neçə gün əvvəl həmin vəzifələrə təyinatlar həyata keçirilib.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26