Interposta.Info

Azərbaycanda qarpız kəskin bahalaşacaq - Səbəb açıqlandı

İqtisadiyyat
 24-07-2025, 11:29     22 592

Yaxın günlərdə Azərbaycanda qarpızın qiyməti kəskin bahalaşacaq.

"İnterPosta" xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında Masallı rayon sakini, fermer Anar Abbasov məlumat verib. Fermer bunun səbəbini qarpız tağlarının tələf olması ilə izah edib:

"Qarpızın qiyməti qalxacaq. Yaxın günlərdə məhsulun bir kiloqramının qiyməti 80 qəpik olacaq. Bu yaxınlarda rayonlarda kütləvi duman oldu. Mütəxəsislər bunun səbəbini bir müdət öncə İran İslam Respublikasından Azərbaycana keçən duman-şeh ilə əlaqələndirib. Dumanın tərkibində radiasiya olub. Bunun da nəticəsində qarpız tağları kütləvi şəkildə yanıb".

Fermer artıq bir neçə rayondan qarpız tağlarının ölməsi ilə məlumatlı olduğunu vurğulayıb:

"Rayonlardan məlumat almışam ki, yaxın vaxtlarda ölkədə qarpız olmayacaq".

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26