ASCO yük daşımalarını 12 % artırıb
ASCO yük daşımalarını 12 % artırıb
Bu ilin I yarısında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) 4,6 milyon ton yük daşıyıb.
"İnterPosta" ASCO-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 12 % çoxdur.
O cümlədən, yanvar-iyun aylarında səhmdar cəmiyyətinin tankerləri ilə 2,2 milyon ton yük daşınıb ki, bu da 1 il əvvələ nisbətən 10 % çoxdur.
6 ay ərzində ASCO-nun bərə və Ro-Pax tipli gəmiləri ilə 19 280 ədəd yük avtomobili (3 % çox), 18 227 ədəd vaqon (4 % az) daşınıb.
Ən yüksək artım universal quru yük gəmiləri ilə daşımalarda qeydə alınıb. I yarımildə 666 min ton quru yük daşınıb ki, bu da ötən ilin eyni dövründəki göstəricidən təxminən 83 % çoxdur.
GoldMedia.Az
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26

