Interposta.Info

Bakı-Sumqayıt qatarının 14-16 iyundakı hərəkət qrafiki açıqlanıb
 

İqtisadiyyat
 11-06-2025, 17:21     26 354

Abşeron dairəvi marşrutu üzrə qatarlar (Bakı-Sumqayıt) 14 və 16 iyun tarixlərində şənbə, 15 iyunda isə bazar gününün qrafiki ilə hərəkət edəcək.

"İnterPosta" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Xatırladaq ki, iyunun 15-də Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunacaq. Həmin tarix bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinin tələbinə əsasən, 16 iyun qeyri-iş günü olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26