Bakıda daha bir məşhur restoran sökülür (VİDEO)

Bakının Nərimanov rayonunda yerləşən məşhur "Xal-Xal" restoranının söküntüsünə başlanılıb.
Milli.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Restoranın sökülməsinə səbəb Həsən Əliyev və Əhməd Rəcəbli küçələrinin kəsişməsindəki dairənin ləğv edilərək yerində avtomobil tunelinin inşası ilə əlaqədar işlərin görülməsidir.
Xatırladaq ki, bundan əvvəl ərazidə yerləşən "Şəki" restoranı sökülmüşdü.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26