Interposta.Info

Tikililərin söküntüsü zamanı problemlərin qarşını necə alınacaq? - Yeni qaydalar

İqtisadiyyat
 26-05-2025, 09:45     20 458

Köhnə tikililər sökülən zaman ortaya bir sıra problemlər çıxır. Əksər hallarda tərəflər heç cür razılığa gələ bilmir, söz-söhbət böyüyür, işlər ləngiyir və s.

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyası bu problemləri həll etmək üçün təkliflər paketi hazırlayıb. Məqsəd köhnə tikililərin sökülməsi zamanı üzə çıxan hüquqi və texniki problemlərin aradan qaldırılmasıdır.

Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının sədri Ramiz İsayev deyir ki, vahid qaydalar olacağı təqdirdə, həm tikinti şirkətlərinin özbaşınalığı aradan qalxacaq, həm də vətəndaşlar problemlərlə qarşılaşmayacaqlar. Onun sözlərinə görə, hazırda şəhərdə yaşayış binalarının tikintisində azalmalar müşahidə olunur. Səbəb həm də yaşanan problemlərdir.

O əlavə edib ki, təklif edilən hüquqi mexanizm həm mülkiyyətçilərin əsassız tələblərinin, həm də tikinti şirkətlərinin özbaşınalıqlarının qarşısını almağa xidmət ədəcək.

Ramiz İsayev deyir ki, məhz bu məsələ ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsində də dəyişikliklər edilməlidir.//Xəzər TV

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26