Interposta.Info

Azərbaycan Özbəkistana divar kağızlarının ixracına başlayıb
 

İqtisadiyyat
 20-05-2025, 16:09     20 481

İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki Ağdam Sənaye Parkının rezidentlərindən biri Özbəkistana divar kağızlarının ixracına başlayıb.

"İnterPosta" agentliyə istinadən xəbər verir ki, bu ölkəyə ilkin mərhələdə 1,36 milyon manatlıq məhsul göndərilməsi nəzərdə tutulub.

Divar kağızları Ağdam Sənaye Parkının 1,6 hektar ərazisində istehsal edilir. İnvestisiya dəyəri 8 milyon manat olan müəssisə Cənubi Qafqazda divar kağızlarının istehsalı üzrə ixtisaslaşmış ilk zavoddur. Müəssisə il ərzində 2,1 milyon ədəd rulon divar kağızı istehsal etmək gücündədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26