Interposta.Info

Taksi şirkəti 40 min cərimə edildi

İqtisadiyyat
 15-05-2025, 20:38     39 701

Azərbaycanda fəaliyyət göstərən taksi şirkəti külli miqdarda cərimə edilib.

"İnterPosta" Avtosfer.az-a istinadən xəbər verir ki, "Milli Taxi” MMC 40 min manat cərimələnib.

Qeydiyyata alınmadan taksi fəaliyyəti göstərən şirkət Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə verilib.

Yasamal Rayon Məhkəməsi MMC-nin 40 min manat cərimələnməsi barədə qərar çıxarıb. Lakin şirkət bu qərardan narazı qalaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.

Apellyasiya Məhkəməsi İnzibati Xətalar Məcəlləsinin 326-2.1-ci maddəsinə əsasən təyin edilmiş 40 min manatlıq cəriməni qüvvədə saxlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26