Interposta.Info

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 5 %-ə yaxın azalıb
 

İqtisadiyyat
 13-05-2025, 14:35     21 485

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 69,3 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,6 % az investisiya yönəldilib.

“İnterPosta” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, son 1 ildə neft-qaz sektoruna yönəldilmiş investisiyalar 22,7 % azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyalar isə 5,3 % artıb.

4 ay ərzində istifadə olunmuş investisiyanın 2 milyard 578,8 milyon manatı və yaxud 50,9 %-i məhsul istehsalı sahələrinə, 1 milyard 627,6 milyon manatı və yaxud 32,1 %-i xidmət sahələrinə, 862,9 milyon manatı və yaxud 17 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 772,4 milyon manatını və yaxud 74,4 %-ni daxili investisiyalar təşkil edib, 3 milyard 969,3 milyon manatı və yaxud 78,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26