Interposta.Info

İyunda 13 gün iş olmayacaq

 

İqtisadiyyat
 25-04-2025, 12:12     39 430

İyun ayında 13 gün qeyri-iş günü olacaq.

"İnterPosta" Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq.

İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək.

İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26