Interposta.Info

Mərkəzi bank sığorta agentinin lisenziyasını ləğv etdi

İqtisadiyyat
 19-03-2025, 11:50     128 192

Azərbaycan Mərkəzi Bankı (AMB) 1 fiziki şəxsə - Həsənov Habil Ata oğluna verdiyi sığorta agenti lisenziyasını ləğv edib.

"İnterPosta" xəbər verir ki, bu barədə tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bu qərar martın 13-də "Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib. Lisenziya "Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.8-ci maddəsinə müvafiq olaraq (fiziki şəxs olan lisenziya sahibi məqbul, lazımi keyfiyyətlərə malik olmadıqda və yaxud öldükdə) ləğv olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26