Interposta.Info

Avropada qazın qiyməti 555 dollara çatıb

İqtisadiyyat
 31-01-2025, 09:44     40 840

Ötən gün hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 555 ABŞ dollarına çatıb.

30 yanvar tarixində TTF (Niderlandın "Title Transfer Facility"i Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə fevral fyuçerslərinin qiyməti 555 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (550,6 dollar) ilə müqayisədə 0,8% çoxdur.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb./apa

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26