Dövlətə məxsus iki gəmi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Nəqliyyat İdarəsinə məxsus iki gəmini hərraca çıxaracaq.
Bu barədə "İnterPosta"-ya Dövlət Xidmətindən məlumat verilib.
Məlumata görə, hərrac martın 4-də keçiriləcək. İnvestorlara 1987-ci ildə istehsal edilmiş "ƏLİF HACIYEV" elmi tədqiqat gəmisi (start qiyməti 295 min manat) və 1989-cu ildə istehsal olunmuş "QRADUŞİY" təchizat gəmisi (start qiyməti 20 min manat) təklif olunacaq.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26