"Yüksəliş" müsabiqəsinin keçirilməsi üçün 1 milyon manat ayrıldı (SƏRƏNCAM)
Gələn il növbəti "Yüksəliş” müsabiqəsi keçiriləcək.
İnterPosta.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla növbəti "Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Prezidentin ehtiyat fondundan Gənclər və İdman Nazirliyinə 1 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə nəzərdə tutulan maliyyələşməni təmin etmək tapşırılıb.
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26