"Bakı Metropoliteni" "Holcim" şirkətindən 1,8 milyonluq sement alacaq

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti (QSC) 2024-cü ildə aparılacaq tikinti, təmir, abadlıq işləri üçün tələb olunan müxtəlif markalı sementin satın alınması ilə bağlı tenderə yekun vurub.
"İnterPosta"-nın məlumatına görə, tenderin qalibi "Holcim (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.
"Bakı Metropoliteni" QSC ilə şirkət arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 1 827 997,89 manatdır.
"Holcim (Azərbaycan)" ASC Azərbaycanda sement istehsalı sahəsində aparıcı şirkətlərdən biri hesab edilir.\qaynarinfo
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26