Interposta.Info

Əhalinin benzin xərcləri artır - Hər gün yanacağa 9 milyon manata yaxın pul xərcləyirik

İqtisadiyyat
 18-10-2024, 18:14     44 816

Cari ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 42,7 milyard manatlıq ərzaq və qeyri-ərzaq malları satılıb.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu dövrdə istehlakçılara 2 milyard 430,9 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 212,4 milyon manat və ya 9,6 % çoxdur. Ötən ilin eyni dövründə əhali benzin və dizelə 2 milyard 218,5 milyon manat xərcləyib.

Cari ilin yanvar-sentyabr ərzində (274 gün) əhali hər gün benzinə və dizelə 8 milyon 872 min manat pul xərcləyib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26