Interposta.Info

Naxçıvanın dotasiyası 16 milyon manat azaldıldı

İqtisadiyyat
 16-10-2024, 15:23     43 809


Gələn il Naxçıvan Muxtar Respublikasının büdcəsinə veriləcək dotasiyanın (transfertin yuxarı həddi) həcmi məlum olub.

"İnterPosta" xəbər verir ki, bu, "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 320 milyon 529 min manat olacaq.

Qeyd edək ki, 2024-cü ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiya (transfertin yuxarı həddi) 336 milyon 460 min manat olub.

Beləliklə, dotasiyanın həcmi 15 milyon 931 min manat, yaxud 4,7 faiz azalıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26