Interposta.Info

ADU-nun tələbələri 3 aydır təqaüd ala bilmirlər - Səbəbi açıqlandı

İqtisadiyyat
 16-10-2024, 09:34     20 731

Bir aydır yeni tədris ili başlasa da, Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri təqaüdlərini almayıblar. Redaksiyamıza müraciət edən tələbələr iyul, avqust, sentyabr, həmçinin oktyabr ayının da tələbə təqaüdünün verilmədini bildiriblər. Ümumiyyətlə Azərbaycan universitetlərində tələbə təqaüdlərinin gecikdirilməsi halı vaxtaşırı baş verir.

Azərbaycan Dillər Univeristeti (ADU) həmin təhsil müəssisəsində oxuyan tələbələrin təqaüdlərinin gecikməsinə aydınlıq gətirib.

Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı Bizim.Media-ya açıqlamasında bildirib ki, yaxın günlərdə tələbələrin təqaüdləri ödəniləcək:

"Gecikməyə səbəb yeni tədris ilinin yeni başlaması idi, yaxın günlər ərzində təqaüdlərin hamısı veriləcək”.

GoldMedia.Az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26