Interposta.Info

Məcburi köçkünlərin bu hüquqları əllərindən alınır? (VİDEO)

İqtisadiyyat
 9-10-2024, 19:34     43 492

Sosial ipoteka kreditindən istifadə etmək hüququna gənc ailələr, şəhid ailələri, milli qəhrəman ailələri, məcburi köçkünlər, ən azı 3 il dövlət qulluğunda çalışan şəxslər, elmlər namizədi və ya elmlər doktorları, idman sahəsində xüsusi xidməti olan şəxslər malikdir.

Güzəştli kreditlər vətəndaşa yalnız 1 dəfə verilir. Bu iş 21 bankda həyata keçirilir.

Güzəştli ipoteka krediti İpoteka və Kredit Zəmanəti Fondu (İKZF) tərəfindən təqdim olunan kreditdir. Güzəştli ipoteka kreditinin maksimal məbləği 100 000 AZN-dir. Müraciət edənlər minimum 10% ödəməklə, maksimum 30 il müddətinə kredit götürə bilərlər. vakansiya 2023

Sosial ipotekadan yararlana biləcək şəxslər kateqoriyasında məcburi köçkünlər də var. Hazırda bu kateqoriyaya aid vətəndaşlar üçün dövlət tərəfindən öz ata-baba yurdlarında mənzillər tikilir.

Bunu nəzərə alsaq, həmin şəxslər sosial ipoteka üçün nəzərdə tutulan kateqoriyadan çıxarıla bilərləmi?

BTV-nin suallarına daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov cavab verib:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26