Interposta.Info

DGK-nın 741 minlik səhra geyimi alır - Vergi borcu olan şirkət tenderə necə qatılıb?

İqtisadiyyat / Manşet
 28-08-2023, 14:26     624

Dövlət Gömrük Komitəsi (DGK) 741 960,4 manatlıq səhra geyimi alır.

Qaynarinfo xəbər verir ki, DGK bununla bağlı tender keçirib. Tenderin qalibi "Teymur Collection” MMC seçilib.

İqtisadiayyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Teymur Collection” MMC 27 sentyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 manat olan şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, Koroğlu prospekti, ev 728A-da yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Teymur Rizvan oğludur.

Açıq mənbələrdə "Teymur Collection” MMC barəsində heç bir məlumata rast gəlinmir. Teymur Məmmədov haqqında da hər hansı məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən elanlardan məlum olur ki, "Teymur Collection” MMC 2023-cü ildə DGK-nın keçirdiyi müsabiqə də daxil 5 tenderin qalibi olub və 1 297 395, 55 manatlıq sifariş alıb.

Araşdırmalarımız zamanı o da məlum olub ki, şirkətin hazırda 8 969.62 manat vergi borcu var. "Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin tenderlərdə iştirakını qadağan edir. Amma nədənsə bu qadağa dövlət qurumlarının tenderlərində iştirak edən və qalib seçilən "Teymur Collection” MMC-yə münasibətdə keçərli olmayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26