Interposta.Info

Bu şəxslərin kreditinin 4 min manatı bağışlanacaq (VİDEO)

İqtisadiyyat / Manşet
 28-08-2023, 11:31     399

Tələbələrə təhsil kreditində güzəştlər olunacaq.

Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev "Xəzər Xəbər”ə bildirib ki, bu güzəştlər əlaçı, həmçinin semestri yaxşı qiymətlərlə bitirən tələbələrə şamil olunur.

Araz Paşayev əlavə edib ki, standart təhsil tələbə kreditlərində isə kredit almış tələbələr bütün semestrlərini təhsil müddətində 91 bal və üzərində qiymətlərlə bitirdikdə aldıqları təhsil kreditinin 25 faizinin geri ödənişindən azad olunurlar. Yəni, eynilə həmin 8 min manat almış tələbə onun 2 min manat geri ödənişindən azad olunur. Ümumi 6 min manat qaytarır.

Həmçinin, 431 nəfər sosial təhsil tələbə krediti almış tələbə isə təhsil müddətini bütün semesterlər üzrə yaxşı bitirdiyi üçün onlar təhsil kreditinin faiz hesablamasından azad olunublar və heç bir faiz olmadan krediti geri qaytaracaqlar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26