Interposta.Info

Hansı qızıl daha dəyərlidir? - VİDEO

İqtisadiyyat / Manşet
 12-04-2023, 09:48     256

Qızıl-zinət əşyaları hər zaman sevilib və ən dəyərli hədiyyələr sırasında olub. Kimisi yatırım məqsədi ilə, kimisi də sadəcə görünüşünü sevərək bu zinət əşyalarını alır.

Hazırda bazarda klassik sarı qızılla yanaşı, ağ, çəhrayı, qırmızı, yaşıl, mavi və qara rənglərin müxtəlif çalarları olan qızıllar da var. Vətəndaşların əksəriyyəti isə sarı qızıla üstünlük verdiklərini bildirirlər.

Qədim zamanlardan sarı qızıl daha populyar olduğu üçün məhz bu rəngin qiymətinin də yüksək olduğu iddia edilir.

Satıcılar isə deyirlər ki, qızılın rənginin onun qiymətinə heç bir təsiri yoxdur. Bəzən müxtəlif rəngli eyni model fərqli qiymətə ola bilər ki, bu da qızılın əyarından asılıdır.

Satıcılar bildirirlər ki, gənclər daha çox ağ qızıla üstünlük versələr də, satışda hər ikisi populyardır.

Xezerxeber.az “Xəbər Ertəsi”nin mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26