Interposta.Info

“Akkord”dan 13 milyon vergi borcu ilə bağlı açıqlama: "Şikayət vermişik”

İqtisadiyyat
 7-04-2023, 18:23     347

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC 13 milyon manat vergi borcu olmasına aydınlıq gətirib.

Şirkətdən "İnterPosta"-ya verilən açıqlamada bildirilir ki, hər hansı bir şirkətə vergi orqanın qərarı əsasında yazılmış vergi məbləği onun təsdiqlənmiş həqiqi borc anlamına gəlmir.

Açıqlamadan aydın olur ki, məbləğə etiraz olaraq inzibati şikayət verilib

"Vergi Məcəlləsinin, "İnzibati icraat haqqında” Qanunun və digər qüvvədə olan normativ hüquqi aktların müvafiq müddəalarına əsasən yazılmış vergi məbləğinə etiraz olaraq inzibati şikayət verilib. Təsdiqedici sənədlər təqdim edilib və yenidən araşdırılması tələbi irəli sürülüb. Araşdırmanın obyektivliyinə ümid edərək məsələnin məhkəmə müstəvisindən kənar həll ediləcəyini düşünürük”, deyə şirkətin açıqlamasında qeyd edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26