Interposta.Info

"Trendyol"dan sifariş qadağan ediləcək? - Rəsmi açıqlama

İqtisadiyyat
 24-02-2023, 14:54     281

Xəbər verdiyimiz kimi bəzi kütləvi informasiya vasitələrində "Trendyol"dan sifarişin qadağan oluna biləcəyi ilə bağlı xəbərlər yayılıb.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən Qaynarinfo-ya verilən açıqlamaya görə, yayılan fikirlər həqiqətə uyğun deyil:

"Bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə müzakirə edilən, onlayn satış platformalarına məhdudiyyətlərin tətbiq olunacağı ilə bağlı yayılan fikirlər həqiqə təuyğun deyil. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən yerli və xarici rəqəmsal satış platformalarının ölkəmizdəki fəaliyyətini məhdudlaşdıran hər hansı tənzimləmə tədbiri nəzərdə tutulmur. Vətəndaşlar yerli və xarici mənşəli onlayn satış platformalarının xidmətlərindən mövcud qanunvericiliyin tələbləri çərçivəsində sərbəst şəkildə istifadə edirlər".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26