Interposta.Info

SOCAR “Azəriqaz” İB “AYIN QAZÇILARI” layihəsinə start verdi

İqtisadiyyat
 1-02-2023, 18:09     484

Həyata keçirdiyi yeniliklərlə hər zaman fərqlənən SOCAR "Azəriqaz” İstehsalat Birliyi daha bir layihəyə start verib.

Birlikdən "İnterPosta"-ya verilən məlumata görə, bu məqsədlə "Ayın qazçıları" adına layiq görülən əməkdaşlarla Birliyin rəhbər şəxsləri arasında görüş keçirilib. Yanvar ayı ərzində Birliyin BRQSD, Sumqayıt QİS və 8 Regional qaz istismarı İdarələrinin ümumilikdə fərqlənən 10 əməkdaşına nümunəvi fəaliyyətinə görə qurumun məsul şəxsləri tərəfindən təşəkkür edilib. Həmçinin Birlik rəhbərliyi nəzarətçi-çilingərlərin qayğıları ilə yaxından tanış olublar. Sonda "Ayın qazçıları" ilə xatirə şəkli çəkilib.

Qeyd edək ki, SOCAR "Azəriqaz” İB-nin yeni layihəsindəki əməkdaşlar ayın yekunlarına əsaslanaraq seçiləcək. Ay ərzində nümunəvi fəaliyyəti ilə əldə etdiyi yüksək göstəriciləri sayəsində Birliyin hər bir nəzarətçi-çilingəri "Ayın qazçısı” adına real namizəd olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26