Interposta.Info

Nazirdən iki təyinat

İqtisadiyyat / Manşet
 13-01-2023, 10:58     465

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutuna (ETTBİ) direktor və baş həkim təyinatı olub.

"İnterPosta" xəbər verir ki, təyinatlarla bağlı səhiyyə naziri Teymur Musayev müvafiq əmrlər imzalayıb.

Belə ki, əmrə əsasən, Sədaqət Qənbər qızı Hüseynova ETTBİ-nin direktor vəzifəsinə təyin edilib.

Bundan əlavə, nazirin digər əmri ilə Rəhimə Ramiz qızı Məmmədova isə Elmi-Tədqiqat İnstitutunun direktorun müavini - baş həkim vəzifəsinə təyin olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26