Bakıda bəzi mənzillərin qiyməti bahalaşıb
Bakıda avqust ayında mənzil bazarında qiymət artımları davam edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, qiyməti 150 min manatadək olan mənzillərə tələbin artması müşahidə olunub.
Qiyməti 150 min manatadək olan mənzillərin qiymətində 6 faiz artım qeydə alınıb. 150-250 min manat qiymət aralığında təklif olunan mənzillər 5 faiz dəyər qazanıb.
Əvvəlki aylardan fərqli olaraq avqust ayında daha bahalı mənzillərin qiymətində də 3 faiz artım qeydə alınıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26