Interposta.Info

Laçında mineral gübrə xammallarının axtarışı aparılacaq

İqtisadiyyat
 7-05-2022, 20:43     150

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işləri aparılacaq.

"İnterPosta" xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla "Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020 – 2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 2021-2024-cü illərdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində qeyri-filizlərlə bağlı axtarış-qiymətləndirmə işlərinin aparılması həvalə olunub. Nazirlik bu dövrdə Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin etməlidir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26