Interposta.Info

Sərnişinlərə şad xəbər: Qatarların hərəkəti bərpa olunur

İqtisadiyyat
 18-02-2022, 16:17     305

İki ildən çoxdur ki, fəaliyyəti dayanan sərnişin qatarlarının ölkədaxili hərəkəti bərpa oluna bilər.

"İnterPosta"nın məlumatına görə, bu barədə Qaynarinfo-ya etibarlı mənbələrdən məlumat daxil olub. Məlumata görə, yaxın vaxtlarda Azərbaycanda bir neçə bölgə istiqamətində qatarların hərəkəti bərpa olunacaq. İlk olaraq Bakı-Gəncə-Qazax dəmir yolu üzrə hərəkət edən qatarların bərpası gözlənilir.

Qeyd edək ki, Azərbaycanda sərnişin qatarlarının fəaliyyəti iki ildən yuxarıdır ki, dayanıb.

Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Qaynarinfo-ya məsələ ilə bağlı məlumatsız olduğunu bildiriblər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26