Interposta.Info

Bu pensiyaçılar 200 manatı ala bilməyəcəklər

İqtisadiyyat
 10-02-2022, 15:19     181

Sığorta prinsipi ilə pensiya alanlara veriləcək 200 manatlıq maddi yardım pensiya alanların əksəriyyətinin pensiyasına əlavə ediləcək.

"İnterPosta" Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

O bildirib ki, bu yardım vəzifə maaşına əlavə alan pensiyaçılara şamil edilməyəcək.

"O da təxminən 90 minə yaxın insandır. Yəni 1,1 milyondan çox pensiyaçıya şamil ediləcək.

Maaşa əlavə alanlar sabiq deputatlar, hakimlər, prokurorlar, bəzi qrup hərbi qulluqçular, dövlət qulluğunun yuxarı dərəcələrində çalışanlardır. Onların pensiyaları yüksəkdir və ona görə də onlara bu 200 manat yardım şamil olunmayacaq”, - deyə M.Quliyev bidirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26