Interposta.Info

Türkiyə Mərkəzi Bankından Azərbaycan manatı ilə bağlı qərar

İqtisadiyyat
 21-12-2021, 09:19     258

Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi Türkiyə Mərkəzi Bankı tərəfindən "Ticarətə aid xarici valyutalar” siyahısında yer alıb.

"İnterPosta" xəbər verir ki, müvafiq cədvəl "Rəsmi Qəzet”də dərc olunub.

Qeyd edilir ki, Türkiyə Mərkəzi Bankının "Ticarətə aid xarici valyutalar” siyahısına Azərbaycan manatı və Birləşmiş Ərəb Əmirlikləri dirhəmi daxil edilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin dünənki iclasından sonra verdiyi açıqlamasından sonra yerli vaxtla saat 23.00-a olan məlumata görə, 1 ABŞ dollarının məzənnəsi 13,44 lirəyə, 1 avronun məzənnəsi isə 15,23 lirə səviyyəsinə düşüb. Son günlər Türkiyədə dolların sürətlə artan məzənnəsi Türkiyə Prezidentinin son çıxışından əvvəl 18 lirədən çox olub.

Ərdoğan həmçinin çıxışında türk lirəsinin məzənnəsi üçün yeni tənzimləmələrin tətbiq ediləcəyini vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26