Interposta.Info

Azərbaycanın nümayəndəsi iclasdan çıxdı: Bakı SSRİ-nin borclarının ödənilməsindən imtina etdi

İqtisadiyyat / Manşet
 19-11-2021, 20:34     268

Keçmiş SSRİ-yə daxil olan 3 ölkə - Azərbaycan, Özbəkistan və Ukrayna ittifaqın xarici borcunun birgə ödənilməsinə dair Anlaşma Memorandumunu imzalamaqdan imtina edib.

Bunu noyabrın 16-da, Rusiyanın paytaxtı Moskvada keçirilmiş MDB hökumət başçılarının Böyük 7-lik ölkələrinin (G7) nümayəndələri ilə görüşü çərçivəsində Belarusun baş naziri Vyaçeslav Kebiç bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Ukrayna sözügedən sənədə SSRİ-nin aktivlərində və borcunda hər bir ölkənin payı müəyyən edildikdən sonra qoşulacaqlarını bildirib, Özbəkistan isə borcunu ayrıca ödəyəcəyini bəyan edib. Bundan sonra G7 nümayəndələri Özbəkistanın şərtlərini qəbul etməyəcəklərini deyib və 3 ölkənin nümayəndələri iclas zalını tərk ediblər.

Bu arada adını açıqlamayan yüksək səviyyəli Qərb nümayəndəsi bildirib ki, memorandumu imzalamayan ölkələr G7 ölkələrindən "bir sent də kredit ala bilməyəcək", digər ölkələrin isə böyük məbləğdə kreditinə ümid bağlamasın./İnterfax

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26