Interposta.Info

Azərbaycanda “e-KOB evi” portalı yaradılır (FƏRMAN)

İqtisadiyyat
 9-08-2021, 15:55     160

Prezident İlham Əliyev "e-KOB evi” portalı haqqında Əsasnamənin təsdiq edilməsi barədə fərman imzalayıb.

"İnterPosta"xəbər verir ki, fərmana əsasən "e-KOB evi” portalı haqqında Əsasnamə” təsdiq edilir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə tapşırılır ki, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq "e-KOB evi” portalının (bundan sonra – portal) Elektron Hökumət İnformasiya Sisteminə (bundan sonra − EHİS) inteqrasiyası ilə bağlı zəruri tədbirlər görsün.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə tapşırılır ki, portalın formalaşdırılması və aparılması ilə bağlı zəruri tədbirlər görsün; dövlət orqanları (qurumları) tərəfindən kiçik və orta biznes evlərində göstərilən və Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edilmiş, habelə EHİS-ə inteqrasiya olunmuş elektron xidmətlərin, EHİS vasitəsilə portal üzərindən elektron formada göstərilməsini təmin etsin; Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti ilə birlikdə portalın təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görsün; Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə birlikdə portalın "Hökumət buludu”na keçidinin təşkili ilə bağlı tədbirlər görsün.

Dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Əsasnamənin 1.2-ci bəndinə uyğun olaraq məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini və həmin Əsasnamənin 3.3-cü və 3.4-cü bəndlərində nəzərdə tutulan xidmətlərin bu Fərmanın 3.2-ci bəndinə uyğun olaraq göstərilməsini təmin etmək məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün zəruri tədbirlər görəcəklər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26