Interposta.Info

Prezident təqaüdü alanların statistikası (MƏBLƏĞ)

İqtisadiyyat
 22-05-2021, 17:59     628

Hazırda 293,6 min şəxsə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunub.

Modern.az rəsmi göstəricilərə istinadən xəbər verir ki, təqaüd alan şəxslər müxtəlif kateqoriyaları əhatə edir.

Prezident təqaüdlərinin aylıq məbləğləri Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslər üçün 1800 manat, şəhid, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün 500 manat, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar I dərəcə əlilliyi olan şəxslərə 400 manat, II dərəcə əlilliyi olan şəxslərə 350 manat, III dərəcə əlilliyi olan şəxslərə 300 manat təşkil edir. Həmçinin, 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə” medalı, "Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər üçün 300 manat, ümumi səbəblərdən l dərəcə əlilliyi olan şəxslər üçün isə (gözdən əilliyi olan şəxslərə istisna olmaqla) 130 manat təqaüd verilir.

"Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdləri 2000 və 210 manatdır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26