Interposta.Info

Xaricdən gətirilən bağlamalar niyə gecikir? - DGK sədri açıqladı

İqtisadiyyat
 4-03-2021, 13:00     378

DGK sədri Səfər Mehdiyev xaricdən gətirilən bağlamaların gecikməsi səbəblərindən danışıb.

DGK sədri bildirib ki, daşıyıcı şirkətlərin dövriyyəsi o qədər artıb ki, onlar vaxtında malları çeşidləyə bilmir: “Əgər gecikmə gömrüklə bağlı olsa, siz bunu bəyannamədə görəcəksiniz.

Əgər belə bir hal yoxdursa, o zaman problem şirkətlərin nəzərdə tutulan həcmi gözləməməsi ilə bağlıdır. Bu məsələlərin 80-85 faizi bizlə bağlı deyil. Şirkət malını çeşidləyə bilmir. Əslində onlar bunu xaricdəki anbarlarında çeşidləyib göndərməlidir”./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26