Interposta.Info

COVİD-ə qarşı mübarizə aparan həkimlərin maaşları niyə ödənilmir?

İqtisadiyyat
 17-02-2021, 17:22     572

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən tibb müəssisələrində çalışan tibb işçilərinin əmək haqları kəsilib.

Bu barədə "İnterPosta"-ya tibb işçiləri məlumat verib. Bildirilib ki, artıq iki aydır əmək haqqları ödənilmir. Həkimlər bunun səbəbi ilə maraqlananda qeyri-rəsmi olaraq "maaşlarınız orduya köçürülüb” cavabı verilib.

Professor Adil Qeybulla "İnterPosta"-ya açıqlamasında bununla bağlı müəyyən məlumatların olduğunu təsdiqləyib:

"Amma bunun hansı formada köçürülməsi haqqında söhbət getməyib. Yalnız maaşların gecikdirilməsi məsələsi var. Hər halda maaşlar ödənilməlidir”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Elnarə Baxış məsələ ilə bağlı bildirib ki, bu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin öhdəsindədir:

"Maliiyə məsələrərinə agentlik baxır”.\qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26