Interposta.Info

Araz Ağalarovun qızına qarşı maska fırıldağı – 2,6 milyon dollar itirdi

İqtisadiyyat
 5-02-2021, 15:12     780

Azərbaycan əsilli rusiyalı iş adamı Araz Ağalarovun qızı maliyyə fırıldağı ilə üzləşib.

"İnterPosta" Modern.az-a istinadən xəbər verir ki, 400 min ədəd tibbi maska sifariş verən Səbinə Ağalarova bunun üçün 8,6 milyon dollar vəsait ödəyib.

Lakin məbləğ ödənildikdən sonra icraçı şirkətin rəhbəri yoxa çıxır. Xəfiyyə agentliklərindən birinin yardımı ilə Səbinə Ağalarova onu aldadan şəxsi tapır. İvanovo vilayətindən olan Sergey adlı şəxs zərərçəkmişə 6 milyon dolları geri qaytarsa da, qalan 2,6 milyon dolların maskaların hazırlanmasına sərf olunduğunu söyləyir.

Məsələ ilə bağlı məhkəməyə müraciət edən Səbinə Ağalarova onu aldadan şəxsin həbs edilərək azadlıqdan məhrum olunmasını tələb edib. Amma məhkəmə itirilən 2,6 milyon dollar əvəzində, cərimələrlə birlikdə təqsirləndirilən şəxsin Ağalarovaya 3,5 milyon dollar ödəməsi ilə bağlı yekun qərar verib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26