Interposta.Info

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi genişləndirildi (SƏRƏNCAM)

İqtisadiyyat / Manşet
 12-12-2020, 18:33     582

"Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilib.

Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmanla Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi 4 nəfərə çatdırılıb, həmçinin sədrin müavinlərinin sayı da bir nəfər artırılıb.

Qeyd edək ki, bu fərmanadək Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin tərkibi üç nəfərdən - Azərbaycan Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və sədrin iki müavinindən ibarət idi.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26