Interposta.Info

Rusiya Azərbaycandan pomidor və alma idxalını dayandırır

İqtisadiyyat
 9-12-2020, 08:35     455

Rusiyanin Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (Rosselxoznadzor) dekabrın 10-dan etibarən Azərbaycandan Rusiyaya pomidor və alma idxalını qadağan etdiyini açıqlayıb.

APA xəbər verir ki, bu barədə xidmətin rəsmi saytında məlumat yer alıb.

Qurum idxal olunan məhsullarda dəfələrlə zərərli orqanizmlər aşkar olunduğunu və bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə məlumat verildiyini bildirib. Belə ki, xidmətin mütəxəssisləri “təkcə 22 oktyabr tarixindən bəri bu məhsullarda 17 dəfə Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdu aşkarlandığını” qeyd ediblər:

“Bu baxımdan, fitosanitar vəziyyəti qorumaq, bu zərərvericilərin Rusiya Federasiyası ərazisinə gətirilməsinin və yayılmasının qarşısını almaq üçün Rosselxoznadzor 10 dekabr 2020-ci ildən etibarən Rusiyaya Azərbaycandan pomidor və alma idxalını qadağan etmək məcburiyyətində qalır”.

Qeyd edək ki, Azərbaycan Rusiya bazarı üçün kifayət qədər böyük bitki məhsulları idxalçısıdır. Rusiyanın Federal Gömrük Xidmətinin məlumatına görə, 2019-cu ildə Azərbaycan bu ölkəyə 172,359 min ton (bu məhsulların ümumi idxalının 30,9%-i) təzə və dondurulmuş pomidor idxal edib, bununla da ölkəmiz Rusiya bazarında tədarük həcminə görə birinci yerdədir.

İnterPosa.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26