Interposta.Info

İdarə rəisi işdən çıxarıldı, yeni vəzifəyə təyin edildi

İqtisadiyyat
 14-09-2020, 15:10     890

"Bakı Metropoliteni" QSC-nin 2014-cü ildən hüquq idarəsinin rəisi işləyən Adil Atakişiyev vəzifəsindən azad edilib.

"İnterPosta" Report-a istinadən xəbər verir ki, o, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri təyin olunub.

Bir qədər əvvəl isə metronun İnsan resursları və xidmət departamentinin rəisi Tərlan Dadaşov, İnsan resursları şöbəsinin rəisi Əli Əliyevin vəzifələri dəyişdirilib. Belə ki, T.Dadaşov Aparat rəhbəri, Ə.Əliyev isə İnsan resursları və layihələrin idarəedilməsi departamentinin rəisi vəzifələrinə təyin edilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26