Bakıda kafe və restoranlarda qiymətlər artdı - Video
Açıq havada müştəri qəbul edə bilən kafe və restoranlar qiymətləri bahalaşdırıb.
Eyni yemeklər, eyni xidmət olsa da müştərilərdən indi daha çox pul alınır.
Bir müddət bağlı qalan daha sonra yeni qaydalara uyğun formada fəliyyətinə icazə verilən restoranlar son günlər qiymət cədvəlinə dəyişilik ediblər. Bu da müştərilərin narazılığına səbəb olub. Aparılan araşdırma nəticəsində məlum olub ki, retoranlar qiymətlərini təxminən 10-30 faiz artırıblar.
Restoran inzibatçıları qiymət artımının olduğunu qəbul edirlər. Onların sözlərinə görə, son vaxtlar gəlirlər xərcləri qarşılamadığına görə belə bir addıma əl atıblar.
Marketoloqların sözlərinə görə, restoranların bu addımı indiki dövrdə başa düşüləndir. Çünki restoranlar ənənəvi qaydada fəaliyyət göstərə bilmir. Buna görədə onların gəlirləri son vaxtlar azalmağa başlayıb.
Marketoloq Mahir Zeynalovun sözlərinə görə restoranların qiymət strategiyasına yenidən baxmaları üçün onlara müəyyən güzəştlərin olması vacibdir.
Qeyd edək ki, ictimai iaşə obyektlərində müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə təxminən 2 həftədir ki, icazə verilib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26