Interposta.Info

Sərt karantin rejimi uzadılırsa, əhaliyə bu güzəştlər edilməlidir - İqtisadçı

İqtisadiyyat
 19-06-2020, 11:31     780

"İşsiz kimi qeydiyyata alınan şəxslərə yenə 190 manat birdəfəlik ödəmə verilməlidir”.

Bunu iqtisadçı alim Qubad İbadoğlu iyunun 21-dən tətbiq edilən sərt karantin rejimindən danışarkən deyib.

"Əvvala biznes üçün yalnız açılış deyil, həm də bağlanış da əlavə xərclər yaradır. Nədən bir neçə dəfə açılış-bağlanış edib, onsuz da pis vəziyyətdə olan azad biznesi məhv edirsiniz? Axı niyə kimlərinsə səriştəsizliyi və səbatsızlığı ucbatından biznes 2 dəfə bağlanış və 2 dəfə də açılışa məsrəf etməlidir?
Əgər sərt karantin rejimi uzadılırsa, əhali evdə qalmalıdırsa, onda iyun və iyul ayları üçün əhaliyə aşağıdakı güzəştlər edilməlidir:

- Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsini;

- Haqqı ödənilən ictimai iş yerinin yaradılması vasitəsilə işsiz şəxslərin müvəqqəti məşğulluğunu;

- Pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini;

- Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsini;

- Əhaliyə güzəştli işıq limitinin 100 kvts. həcmində artırılmasını təmin edin”.

Qubad İbadoğlu bildirib ki, əgər bunlar həyata keçirilməsə, gerçəkdən təlatüm gözlənilir: "Bəri başdan xəbərdarlıq edirəm”./qaynarinfo

İnterPosta..info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26