Interposta.Info

İcaze.e-gov.az portalı yenidən fəaliyyətə başladı

İqtisadiyyat
 10-06-2020, 16:32     580

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin, Abşeron, Salyan, Kürdəmir, Yevlax və İsmayıllı rayonlarının ərazisində hərəkət icaze.e-gov.az portalından əldə edilən icazələr əsasında tənzimlənəcək.

"İnterPosta" xəbər ki, bunu "ASAN Xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib.

O qeyd edib ki, fəaliyyətinə icazə verilən sahələr üzrə qurum və ya təşkilatlar portala indidən daxil olaraq əməkdaşlarının icazələrini "Aktivləşdir" düyməsi vasitəsi ilə aktivləşdirə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26